Həyatının ən çətin qərarını verdi: Paralimpiya Oyunlarından sonra özünü öldürəcək - VİDEO

Həyatının ən çətin qərarını verdi: Paralimpiya Oyunlarından sonra özünü öldürəcək - VİDEO
Video
İdman 4275

2012-ci London Paralimpiya Oyunlarında əl pedallı velosiped idman növü üzrə çempion olan Belçikalı idmançı Marieke Vervut həyatına son verəcəyini açıqlaylıb.

BAKU.WS xəbər verir ki, 37 yaşlı qadın müalicəsi mümkün olmayan xəstəlikdən əziyyət çəkir. Vervurtun orqanizmi özünü yeniləmə xüsusiyyətini itirdiyi üçün ağrıları hər gün daha artır və gücdən düşür. Hazırda həyata bağlanmaq üçün yeganə səbəbinin Paralimpiya Oyunları olduğunu deyən qadın idmançı, yarışlardan sonra ölkəsində qanuni olan evtanaziya ilə həyatına son verilməsi üçün xəstəxanaya müraciət edəcəyini bildirib.

 Vervurt, bu məsələdə bütün prosedurları tamamlayıb. fikrini dəyişdirəcək bir hadisə olmasa, könüllü olaraq həyata vida edəcək.

Vervurt deyib ki, artıq ağrılara dözə bilmir. Bəzən gün ərzində 10 dəqədən artıq yata bilmir. Gecələr ağrıdan huşunu itirdikdə hər an yanından ayrılmayan iti üzünü yalayaraq oayadır. 

Son qərarını Rio-2016 Olimpiya Oyunlarından sonra verəcəyini deyən bədbəxt idmançı, dəfn mərasimi ilə bağlı vəsiyyətini də açıqlayıb. Təntənəli dəfn mərasimindən sonra qonaqlara tort verilməməsini, sadəcə onu xatırlamaq üçün mərasim iştirakçılarına bir qədəh şərab verilməsini xahiş edib.

BAKU.WS

Son xəbərlər