Hidayət Heydərov Avropa çempionatında iştirak etməyəcək
22
apr
2025
10:04
Avropa çempionatında çıxış edəcək cüdo üzrə Azərbaycan millisinin heyətində dəyişiklik olub.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə,olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.
Onu yarışda Rəşid Məmmədəliyev (73 kq) əvəzləyəcək.
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı 23-27 aprel aralığında Monteneqroda keçiriləcək. Mötəbər turnirdə ölkəmizi 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": 1/4 finalda uduzan Hidayət Heydərov təsəlliverici görüşə çıxacaq
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində təsəlliverici görüşə çıxacaq. BAKU.WS report-a...