Harri Keyn özünü "Qızıl top"un favoriti hesab edir - Bir də onları…
Münhen "Bavariya"sının və İngiltərə millisinin hücumçusu Harri Keyn "Qızıl top" mükafatına əsas namizədlər barədə danışıb və öz şanslarını dəyərləndirib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Keynin fikrincə, bu il qazandığı titullar və vurduğu qollar onu da favoritlər sırasına daxil edir:
"Mən mütləq favoritlər arasında olacağam. Bu mövsüm qazandıqlarıma və vurduğum qollara baxanda belə düşünmək olar. Bundan başqa, əgər İngiltərə dünya çempionatını qazansa, mükafatın ingilis futbolçuya verilməsi də mümkündür, amma Çempionlar Liqasının final nəticəsi də önəmlidir".
O həmçinin əsas rəqibləri kimi Maykl Olizeni, Çempionlar Liqasının finalçılarından bir neçəsini və özünü göstərib:
"Hazırkı favoritlərə baxsaq, bunlar Olize, Çempionlar Liqasının finalçıları və mənəm. Amma mən elə biri deyiləm ki, özümü "Qızıl top"a layiq hesab edim. Sadəcə, meydandakı oyunlarım özü hər şeyi göstərməlidir".
Qeyd edək ki, "Qızıl top" hər il dünyanın ən yaxşı futbolçusuna verilən mükafatdır. Sonuncu qalib isə PSJ-nin hücumçusu Usman Dembelədir.
Oxşar xəbərlər
"Fənərbağça" yeni transferlərini təqdim etdi
"Fənərbağça" yay transfer pəncərəsində heyətinə cəlb etdiyi Meyson Qrinvud, Natan Ake və Vedat Muriqi üçün rəsmi imza mərasimi keçirib. BAKU.WS xəbər verir ki,...