Gürcü boksçudan ŞOK AÇIQLAMA: Avropa çempionatının finalında mənə pul təklif etdilər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcü boksçu Laşa Quruli Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında rusiyalı Tarxan İdiqovla döyüşməkdən imtina etməsi üçün ona böyük məbləğdə pul təklif edildiyini bildirib.
Boksçunun sözlərindən "Inside the Games" sitat gətirib.
“Onlar mənim rinqə çıxmağımı istəmirdilər. Yekun cavabı alanda nəyin bahasına olursa-olsun bu qələbəyə nail olacaqlarını bildirdilər”, - deyə əcnəbi idmançı bildirib.
O, pulu ona kimin təklif etdiyini dəqiqləşdirməyib. Quruli əlavə edib ki, döyüş zamanı o, üstün olub, lakin qələbə rəqibinə verilib.
Quruli gümüş, İdiqov isə Avropa çempionu olub. Rusiya himni səsləndirilərkən gürcü idmançı mükafatını götürüb, daha sonra digər medalçılarla şəkil çəkdirməkdən imtina edib.
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb - YENİLƏNİB
Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Ramazan Əhmədov Xorvatiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb "Report"un Zaqrebə ezam olunmuş əməkdaşı...