Gülxanım və Fatimə üçün bürünc medal şansı
Bakıda güləş üzrə U17 dünya çempionatı davam edir.
BAKU.WS xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən mundialın 4-cü günündə qadın güləşi üzrə millinin 5 üzvü xalçaya çıxıb.
Gülxanım Şirinova (40 kq) mübarizəyə 1/4 finaldan qoşulub. Təmsilçimiz tunisli Tasmin Athimniyə "tuş"la məğlub olub. Rəqib finala yüksəldiyi üçün Şirinova sabah təsəlliverici görüşə çıxacaq.
Nuray Cəfərli (46 kq) də yarışa 1/4 finaldan start verib. Həmyerlimiz macarıstanlı Vivyen Sentpalla görüşdə böyük hesabla önə çıxsa da, üstünlüyünü sonadək qoruya bilməyib – 8:10.
Fatimə Bayramova (53 kq) israilli Sela Rozovla moldovalı Ruslana Karapetianta 11:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda amerikalı Marli Solomona "tuş"la uduzub. Rəqib finala yüksəldiyi üçün güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq.
Fidan Babayeva (61 kq) 1/8 finalda qazaxıstanlı Arujan Bakitnura (2:11), Simurə Abdullayeva (69 kq) isə eyni mərhələdə qırğızıstanlı Milana Ulanovaya (6:10) məğlub olub.
Qalereya
Oxşar xəbərlər
"Xankəndi" futbol klubu ev oyunlarını doğma şəhərində keçirəcək
"Xankəndi" futbol klubu ev oyunlarını Xankəndi Şəhər Stadionunda keçirəcək. BAKU.WS xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib k...