Güləşçilərimizin Olimpiadaya lisenziya qazanmaq istəyi təxirə düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
19-22 mart tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi planlaşdırılmış güləş üzrə Avropa Olimpiya Lisenziya Turniri təxirə salınıb.
BAKU.WS xəbər verir ki, bu gün Macarıstanın baş naziri Qerqey Qulyaş keçirdiyi mətbuat konfransında koronavirusla bağlı bəzi məsələlərə aydınlıq gətirib. Bundan sonra Macarıstan hökuməti və Ümumdünya Güləş Birliyi bu yarışı təxirə salmaq barəsində qərar verib.
Yarışın koronavirus təhlükəsinin azalmasından asılı olaraq, aprel-may aylarında keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan güləşçiləri Olimpiadaya lisenziya qazanmaq üçün bu yarışda mübarizə aparmalıydı. Güləşçilərimiz artıq gələn həftənin əvvəlindən Budapeştə yollanmalıydı.
Oxşar xəbərlər
Firdovsi Umudov: "Bəzi qüvvələr yığmada problem axtarırdılar" - MÜSAHİBƏ
Sərbəst güləş üzrə milli komandanın baş məşqçi vəzifəsindən ayrılan Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun "Report"a müsahibəsi...-...