Gimnastlarımız Polşada 10 mükafat qazandılar
29
iyn
2019
19:51
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın bədii gimnastika üzrə komandası Polşanın Qdın şəhərində keçirilən beynəlxalq turnirdə 10 mükafata sahib olub.BAKU.WS xəbər verir ki, senyorkalar yarışında qrup hərəkətləri üzrə ikinci komanda bürünc het-trikə imza atıb.Narin Qurbanova, Güllü Ağalarzadə, Nərmin Cahangirova, Humay Əliyeva və Sona Rəhmanovanın yer aldığı kollektiv çoxnövçülükdə, habelə beş topla hərəkətlərdə və üç qurşaqla kompozisiyada üçüncü olub.Yuniorlar arasında Arzu Cəlilova topla hərəkətlərdə gümüş, qurşaqla hərəkətlərdə bürünc medal qazanıb. Nərmin Səmədova isə lentlə kompozisiyada ikinci yer tutub. Təmsilçilərimiz həmçinin komanda hesabında qızıl mükafatlara sahib olublar.Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Milana Ələkbərova və Selcan Hacızadədən ibarət yuniorlar qrupu isə mükafatların tam komplektini qazanıb. İdmançılarımız beş lentlə hərəkətdə birinci yer tutublar, çoxnövçülükdə ikinci, beş qurşaqla hərəkətlərdə isə üçüncü olublar.
Oxşar xəbərlər
Bu gün “Minsk 2019”da atletlərimiz idmanın altı növü üzrə mübarizə aparacaqlar
İyunun 23-də - “Minsk 2019” ikinci Avropa Oyunlarının üçüncü günündə atletlər idmanın 12 növü üzrə mübarizə aparacaqlar. Bu gün ümumilikdə idmanın doqquz növünd...