Futbol klublarımızın avrokuboklarda növbəti sınağı
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin "İdmanda nə baş verir?" podkastının növbəti buraxılışı yayımlanıb.
Bu dəfə podkastın qonağı idman jurnalisti Mirbağırağa Cəfərli olub.
Buraxılışda futbol klublarımızın avrokuboklardakı ikinci təsnifat mərhələsində keçirilən cavab qarşılaşmaları haqqında fikir mübadiləsi aparılıb.
Mirbağırağa Cəfərli "Sabah" - "Petrokub" matçını şərh edib.
"Bayquşlar"ın "Petrokub"la oyununda asanlıqla mərhələ keçməsini gözləmirdim. Düşünürdüm ki, "Petrokub" "Sabah"ı təzyiq altında saxlayacaq. Görüşdən sonra Bakı klubunun "Petrokub"dan üstün olduğunun şahidi olduq. "Sabah"ın futbolçuları çox keyfiyyətlidirlər", - deyə o bildirib.
İdman jurnalisti həmçinin "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı mübarizəsindən danışıb:
"Qarabağ"dan gözləntilər böyükdür. İlk növbədə, komandaya hücumçu transfer olunmalıdır. Ağdam klubu İrlandiyada "Şelburn"la matçda keyfiyyətini və təcrübəsini ortaya qoydu. "Köhlən atlar" səfərdən 3:0 hesablı qələbə ilə döndü. Fikrimcə, növbəti mərhələdə "Şkendiya" ilə görüşdə "Qarabağ" sözügedən komandanı məğlub edəcək. Çünki Ağdam klubu artıq bu tip komandaları hiss etmir".
Oxşar xəbərlər
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
İranın "Fars" informasiya agentliyi ABŞ və İsrailin mümkün yeni hücumlarına cavab olaraq zərbələr endirilə biləcək Yaxın Şərqdəki obyektlərin siyahısını dərc ed...