Əfsanəvi məşqçi Azərbaycan klublarına "hə" dedi

Əfsanəvi məşqçi Azərbaycan klublarına hə dedi
İdman 957

"Azərbaycan və İsveçrə klublarının Rusiya çempionatında oynaması hələlik yalnız ilkin məlumatdır. Belə məsələləri Ümumrusiya Voleybol Federasiyasının prezidiumu həll edir".

BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın "Uraloçka" voleybol klubunun baş məşqçisi Nikolay Karpol deyib.

Əfsanəvi məşqçi Azərbaycanın "Telekom", "Azərreyl" və İsveçrənin "Volero" klublarının Rusiya Superliqasına qatılmaq ehtimalından danışıb. O, "rsport"a Ümumrusiya Voleybol Federasiyasının qadın komandaları üzrə kuratoru Vladislav Fadeyevin ölkə çempionatını xarici klublar hesabına gücləndirmək təklifinə müsbət yanaşdığını açıqlayıb: "Bu təklifi müzakirə etmək olar. Basketbol və hokkeydə buna uyğun nümunələr var. Burada heç bir pis şey görmürəm. Amma başqa sual yaranır. Həqiqətənmi, Rusiya öz liqasını xarici klublar hesabına gücləndirməlidir? Özümüzdə də bunun üçün kifayət qədər imkanlar var. İlk növbədə öz komandalarımızı düşünməliyik. Bir mahnıda olduğu kimi, öncə vətəni, sonra özümüzü düşünməliyik. Məsələ heç də əlavə uçuşlarda deyil. Rusiya klubları onsuz da kifayət qədər uçuşlar edirlər. Məsələn, Azərbaycana getmək Saxalinə yollanmaqdan qat-qat yaxındır".

BAKU.WS

Son xəbərlər