Fransız jurnalist: Mbappe tənha və xəstədir

Fransız jurnalist: Mbappe tənha və xəstədir
İdman 90

Məşhur fransız jurnalist Daniel Riolo "Real Madrid"in və Fransa millisinin hücumçusu Kilian Mbappenin psixoloji problemlərindən danışıb.

BAKU.WS championat.com-a istinadən xəbər verir ki, o, futbolçunun ruhi xəstə olduğuna və çox tənha olduğuna inanır.

"Kilian pis vəziyyətdədir. Bu, artıq digər idmançıların başına da gəlib. Görünür, pərdə artıq endirilib, (Mbappe üçün futbolla bağlı) heç nə qalmayıb. Ailəsi, yaxınları ona nəyisə məsləhət görməlidir, onunla danışmalıdır. Ruhunu ağırlaşdıran şeylərdən qurtulmaq üçün açılmalıdır. Penaltini yerinə yetirmək üçün necə qaçdığını, bədəni necə tərpəndiyini görəndə... Bu xəstə adamdır. O, tənhadır, çox tənhadır", - deyə jurnalist bildirib.

Xatırladaq ki, Kilian Mbappe ötən axşam Çempionlar Liqasının "Liverpul"a qarşı keçirlən oyununda penaltini yerinə yetirə bilmədiyinə və ümumilikdə Madrid klubundakı çıxışına görə tənqid edilir.

Son xəbərlər