“Formula-1” üzrə Azərbaycan Qran-prisinin yeni tarixi bəlli oldu

“Formula-1” üzrə dünya çempionatı Qran-Prilərinin yeni təqvimi açıqlanıb.
BAKU.WS "Apasport.az"-a istinadən xəbər verir ki, koronavirus pandemiyası səbəbindən dayandırılan və ləğv edilən yarışın iyulun əvvəllərində startı planlaşdırılır.
İlk olaraq iyulun 5-də və 12-də Avstriya Qran-Prisi keçirilməlidir. Yarışın Azərbaycan mərhələsi sentyabrın 20-də baş tutacaq. Əvvəlcə həmin tarixdə Bakıda yalnız “Formula-2”nin keçiriləcəyi dəqiqləşmişdisə, təşkilatçılar artıq “Formula-1”in də həmin vaxt ölkəmizdə baş tutmasını nəzərdə tutur.
Dünya çempionatının Avropa bölümünün yekun təqviminin iyunun 1-də açıqlanması gözlənilir. Hazırkı duruma əsasən təqvim aşağıdakı kimi formalaşıb:
5 iyul – Avstriya12 iyul – Avstriya19 iyul - Macarıstan2 avqust – Böyük Britaniya9 avqust – Böyük Britaniya16 avqust – İspaniya30 avqust – Belçika6 sentyabr – İtaliya20 sentyabr – Azərbaycan27 sentyabr – Rusiya4 oktyabr - Çin11 oktyabr - Yaponiya25 oktyabr - ABŞ1 noyabr - Meksika8 noyabr - Braziliya22 noyabr - Vyetnam29 noyabr – Bəhreyn6 dekabr - Bəhreyn13 dekabr – BƏƏ.
Qeyd edək ki, əvvəlki mərhələlər, o cümlədən Azərbaycan Qran-Prisi koronavirus səbəbindən baş tutmayıb. Bəzi yarışlar ləğv edilib, bəziləri təxirə salınıb.

Oxşar xəbərlər
Azərbaycan Qran-prisinin yeni tarixi açıqlandı
“Formula-1” üzrə dünya çempionatının ilkin təqvimi açıqlanıb. BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, “Autosport” koronavirus pandemiyası səbəbidən hələ...