"Formula 1": Sprint yarışlarının sayı artırılıb

Formula 1: Sprint yarışlarının sayı artırılıb
İdman 34

"Formula 1" üzrə dünya çempionatında sprint yarışlarının sayı artırılıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Bin Sulayem qurumun rəsmi saytına açıqlama verib.

O, sprint yarışlarının 3-dən 6-ya çatdırıldığını bildirib. Yenilik 2023-cü il mövsümündən tətbiq olunmağa başlayacaq.

Qeyd edək ki, gələn il Azərbaycan Qran-prisi 28 - 30 apreldə keçiriləcək.

Oxşar xəbərlər

Son xəbərlər