"Formula 1": 2026-cı ildə Azərbaycan Qran-prisində sprint yarışı olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
2026-cı ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışı olmayacaq.
BAKU.WS xəbər verir ki, bu, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) turnirlə bağlı açıqladığı təqvimdə əksini tapıb.
Bu, Çin, ABŞ, Kanada, Böyük Britaniya, Niderland və Sinqapurdakı mərhələlərdə baş tutacaq. Kanada, Niderland və Sinqapur ilk dəfə bu formatda yarışlara ev sahibliyi edəcək.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycan Qran-prisində ilk sprint yarışı keçirilib və o vaxt "Red Bull"da çıxış edən Serxio Peres qalib olub. 2024-cü və 2025-ci ildə bu, mərhələnin təqvimindən çıxarılıb.
Oxşar xəbərlər
Çempionlar Liqasında "Sabah"la qarşılaşacaq "Barselona" Bakıya gəlib
Bakıda "Sabah"la UEFA Çempionlar Liqasının oyununda üz-üzə gələcək İspaniyanın "Barselona" komandası Bakıya gəlib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, İ...