“Fənərbaxça”dan “Qarabağ”a möhtəşəm dəstək - FOTO

“Fənərbaxça”dan “Qarabağ”a möhtəşəm dəstək - FOTO
İdman 4399
Futbol üzrə Türkiyə Super Liqasının 10-cu turunun son matçında bu gün "Fənərbaxça” doğma meydanda "Kayserispor”la qarşılaşır.İstanbuldakı "Şükrü Saracoğlu” stadionunda keçirilən bu qarşılaşmada "Fənərbaxça” klubu tərəfindən Azərbaycana və Qarabağa dəstək nümayiş etdirilib. Belə ki, tribunalardan birində "Qarabağ, könlümüzdəsən” sözləri yazılmış böyük pankart açılıb.Əldə etdiyimiz məlumata görə, bu, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfıratın təşəbbüsü ilə Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilib. Bu, Ermənistan tərəfinin Azərbaycan və Türkiyə arasındakı münasibətləri pozmaq cəhdlərinə qarşı növbəti zərbə kimi də qiymətləndirilə bilər. (Yenicag.az)BAKU.WS

Oxşar xəbərlər

"Qalatasaray" - "Fənərbaxça" derbisində "Qarabağ"a böyük jest

"Qalatasaray" - "Fənərbaxça" derbisində "Qarabağ"a böyük jest

Türkiyənin və dünyanın ən böyük derbilərindən biri "Qalatasaray" "Fənərbaxça" qarşıdurmasında “Qarabağ" klubuna böyük jest olunub. BAKU.WS-in məlumatına görə,...

1814 İdman 10:09 23 oktyabr 2017

Son xəbərlər