FIFA prezidentindən Mbappeyə ünvanlanan irqçi təhqirlərə cavab
Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino Fransa millisinin hücumçusu Kilian Mbappeyə qarşı səsləndirilən irqçi ifadələri kəskin şəkildə pisləyib.
BAKU.WS xəbər verir ki, İnfantino sosial şəbəkə hesabında paylaşdığı açıqlamada futbolçuya qarşı səsləndirilən bu cür fikirlərin qəbuledilməz olduğunu vurğulayıb.
"Paraqvay senatoru Selesta Amariliyanın Kilian Mbappe haqqında səsləndirdiyi irqçi ifadələri qətiyyətlə pisləyirəm. Futbol ictimaiyyəti və cəmiyyət Fransa millisinin kapitanı ilə həmrəydir. Biz irqçiliklə mübarizəni davam etdirməliyik", – deyə FIFA prezidenti bildirib.
Qeyd edək ki, Paraqvay senatoru Selesta Amariliya Mbappeni təhqir edərək onu "özünü fransız kimi təqdim edən eybəcər kamerunlu" adlandırmış, həmçinin futbolçu barədə alçaldıcı ifadələr işlətmişdi.
Mbappe isə cavabında senatoru "iyrənc qadın" adlandırıb. Bundan sonra Amariliya futbolçunu "gender və siyasi zorakılıq" ittihamı ilə məhkəməyə verə biləcəyini bildirərək ondan üzr istəməyi tələb edib.
Xatırladaq ki, Fransa millisi DÇ-2026-nın 1/8 finalında Paraqvayı 1:0 hesabı ilə məğlub edib. Qarşılaşmanın yeganə qolunu penalti zərbəsindən Kilian Mbappe vurub. Fransa yığması 1/4 finalda Mərakeş millisi ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Messinin göz yaşlarının arxasında nə dayanır?
DÇ-2026-nın 1/8 finalında Misiri dramatik şəkildə 3:2 hesabı ilə məğlub edən Argentina millisi növbəti mərhələyə yüksəlib. Qarşılaşmadan sonra diqqət mərkəzind...