"Yuventus" Kriştiano Ronaldoya olan borcla bağlı qərardan şikayət verib
İtaliyanın "Yuventus" klubu portuqaliyalı futbolçu Kriştiano Ronaldonun alacağı pulla bağlı məhkəmə qərarından İtaliya Ali Məhkəməsinə şikayət edib.
BAKU.WS xəbər verir ki, mübahisə COVID-19 pandemiyası dövründə yaranıb.
2024-cü ilin aprelində arbitraj məhkəməsi Ronaldonun tələb etdiyi 19,6 milyon avronun yalnız yarısının - 9,8 milyon avronun ödənilməsi barədə qərar qəbul edib. Bu məbləğə faizlər və indeksasiya üzrə əlavə ödənişlər də daxil edilməlidir.
2026-cı ilin yanvarında Turin məhkəməsi arbitraj qərarını qüvvədə saxlayaraq "Yuventus"un etirazlarını rədd edib.
Bununla razılaşmayan klub indi İtaliya Ali Məhkəməsinə müraciət edib. "Yuventus"un mövqeyinə görə, əvvəlki məhkəmə araşdırması mübahisənin mahiyyətini deyil, yalnız arbitraj prosesinin formal tərəflərini qiymətləndirib.
Qeyd edək ki, münaqişənin kökləri pandemiya dövrünə gedib çıxır. 2021-ci ildə "Yuventus" rəhbərliyi Ronaldonun 19,5 milyon avro məbləğindəki ödənişinin təxirə salınması ilə bağlı razılığa gəlib. Bu razılaşma "Ronaldo sənədi" kimi tanınıb.
Sözügedən məbləğ klubun maliyyə hesabatlarında əks olunmayıb. Sənəd daha sonra "Prizma" istintaqı çərçivəsində keçirilən axtarış zamanı müsadirə edilib. Araşdırma nəticəsində klubun prezidenti Andrea Anyelli və idarə heyəti istefa vermişdi.
Oxşar xəbərlər
Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. BAKU.WS report-a istinadən xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turund...