Mbappenin "Qızıl top"da lider olması ilə bağlı sensasion açıqlama
2026-cı il "Qızıl top" mükafatının favoritləri ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.
BAKU.WS xəbər verir ki, ispan jurnalist Xuan Jezus sosial şəbəkə hesabında Fransa millisinin və Madrid "Real"ının hücumçusu Kilian Mbappenin mükafat uğrunda səsvermədə lider olduğu barədə xəbərləri təkzib edib.
Bir sıra media orqanları, o cümlədən Fransanın "L"Equipe" nəşri futbolçunun əsas favoritlərdən biri olduğunu yazmışdı.
Jurnalistin sözlərinə görə, hazırda namizədlərin özləri və onların ətrafındakı şəxslər də daxil olmaqla, heç kim səsvermənin nəticələrindən xəbərdar deyil. Buna görə də Mbappenin lider olması barədə yayılan iddiaları təsdiqlənmiş məlumat kimi təqdim etmək düzgün deyil.
Qeyd edək ki, 2026-cı il "Qızıl top" mükafatının təqdimetmə mərasiminin oktyabrın 26-da Londonda keçirilməsi planlaşdırılır. Bu il futbol dünyasının nüfuzlu fərdi mükafatının təqdimetmə mərasimi 70-ci dəfə təşkil olunacaq.
Qalib FİFA reytinqində ilk 100-lükdə yer alan ölkələri təmsil edən 100 jurnalistin səsverməsi əsasında müəyyənləşəcək.
Oxşar xəbərlər
Çempionlar Liqası: "Sabah" - "Slaviya Praqa" matçı başladı
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda "Sabah" və Çexiyanın "Slaviya Praqa" komandaları arasında oyun başlayıb. BAKU.WS xəbər verir ki, qarşılaş...