FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb
13
okt
2026
16:04
FİFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb.
BAKU.WS xəbər verir ki, o, UEFA Avropa Liqasının əsas mərhələsində Niderlandın NEK və Bolqarıstanın "Levski" (Sofiya) komandaları arasında keçiriləcək II tur qarşılaşmasını idarə edəcək.
Ə. Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Görüş oktyabrın 15-də Neymegen şəhərindəki "Qoffert" stadionunda təşkil olunacaq.
Oxşar xəbərlər
İslam Maxaçevin növbəti rəqibi bəlli oldu
UFC çempionu İslam Maxaçevin növbəti döyüşünü braziliyalı Karlos Pratesə qarşı keçirə biləcəyi iddia olunur. Qarşılaşmanın gələn il yanvarın 30-da Torontoda təş...