FIFA "İlin Ən Yaxşıları" mükafatlarının qaliblərini sabah açıqlayacaq

FIFA İlin Ən Yaxşıları mükafatlarının qaliblərini sabah açıqlayacaq
İdman 43

FIFA-nın "İlin Ən Yaxşıları" mükafatlarının qalibləri sabah Qətərdə keçiriləcək mərasimdə məlum olacaq.

BAKU.WS xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) yaydığı məlumata görə, tədbir Qətərin paytaxtı Dohada baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Mərasimdə FIFA prezidenti Canni İnfantino, FIFA İcraiyyə Komitəsinin üzvləri, müxtəlif ölkələrdən futbol federasiyalarının nümayəndələri və ümumilikdə 800-ə yaxın qonaq iştirak edəcək.

Səsvermənin nəticələrinə əsasən kişi və qadın futbolunda ilin ən yaxşı futbolçusu, qapıçısı, baş məşqçisi, eləcə də ilin ən yaxşı 11-liyi, ən gözəl qol və ən yaxşı azarkeş nominasiyaları üzrə mükafatlar təqdim olunacaq.

Kişi və qadın futbolunda ilin ən yaxşı qolu üzrə namizədlər isə mərasimdən sonra açıqlanacaq.

FIFA "İlin Ən Yaxşıları" mükafatına namizədlər arasında aşağıdakı futbolçular yer alır:

İlin ən yaxşı kişi futbolçusu:

Usman Dembele, Aşraf Hakimi, Nunu Mendeş, Vitinya (PSJ), Harri Keyn (Bavariya), Kilian Mbappe (Real Madrid), Kol Palmer (Çelsi), Pedri, Rafinya, Lamin Yamal (Barselona), Məhəmməd Salah (Liverpul)

İlin ən yaxşı qadın futbolçusu:

Sandi Baltimor, Natali Bjorna, Lusi Bronz, Loren Ceyms (Çelsi), Aitana Bonmati, Patri Guixarro, Eva Payor, Klaudiya Pina, Aleksiya Putelyas (Barselona) və digərləri.

Son xəbərlər