FIFA-dan "Qarabağ" azarkeşlərini SEVİNDİRƏCƏK XƏBƏR
FIFA-nın "Qarabağ"a tətbiq etdiyi transfer qadağası ləğv olunub.
BAKU.WS Futbolinfo.az-a istinadən xəbər verir ki, ali futbol qurumu ağdamlılarla bağlı qərarını dəyişib.
FIFA Premyer Liqa təmsilçisinin növbəti 3 transfer dönəmində oyunçu alışına qadağa qoymuşdu. Lakin məlum olub ki, "Qarabağ"ın bu məsələ ilə bağlı problemi həllini tapıb.
Vitse-çempion bir neçə gün əvvəl transfer qadağası ilə üzləşən "Neftçi" ilə eyni taleyi yaşayıb. Belə ki, "Qarabağ" futbolçulardan birinin transfer ödənişini gecikdirdiyi üçün FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salıb. Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qaldırılıb.
Bütün bunlar onu deməyə əsas verir ki, "Qarabağ" yay fasiləsində heyətinə istənilən futbolçunu qata bilər.
Oxşar xəbərlər
Fransa millisinin dünya çempionatı üçün heyəti açıqlanıb
Futbol üzrə Fransa millisinin dünya çempionatının final mərhələsi üçün heyəti açıqlanıb. BAKU.WS xəbər verir ki, baş məşqçi Didye Deşam 26 nəfərlik heyətə "Real...