FIFA-dan irqçiliyə qarşı sərt addım: Bir hərəkət matçı yarımçıq qoya bilər
Futbol üzrə dünya çempionatında hakimlərin diqqətini irqçilik hallarına cəlb etmək üçün xüsusi jest tətbiq olunacaq.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Henri Vinter "X" sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, futbolçular irqçilik faktı ilə üzləşdikdə qollarını sinələrinin üzərində çarpazlaşdıracaqlar.
Hakim bu jesti görən kimi FIFA-nın "İrqçiliyə yox" kampaniyası çərçivəsində nəzərdə tutulan üçmərhələli proseduru işə salmağa borclu olacaq. İlk mərhələdə oyun dayandırılacaq. Təhqirlər davam edərsə, qarşılaşmada 15 dəqiqəlik fasilə veriləcək və futbolçular meydanı tərk edəcəklər. Üçüncü insident baş verdiyi təqdirdə isə oyun tamamilə dayandırılacaq.
Bu jestlə bağlı qayda ilk dəfə 20 yaşadək qadınlardan ibarət komandalar arasında keçirilən dünya çempionatında sınaqdan keçirilib. Sözügedən turnir 2024-cü ildə Kolumbiyada baş tutub.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə 48 milli komanda iştirak edəcək.
Oxşar xəbərlər
Mustafa Koç: Bakıdakı kurslarda məşqçiliklə bağlı yaxşı biliklərə yiyələndim
Türkiyə yığmasının voleybolçusu Mustafa Koç Bakıda təşkil olunan "FİVB Level-2" kurslarında məşqçilik fəaliyyətinə başlamaq üçün çox yaxşı biliklərə yiyələnib....