Fermin Lopez 2008-ci ildən bəri "Barselona"da heç kimin əldə etmədiyi uğuru təkrarladı
"Barselona"nın 21 yaşlı ispaniyalı hücumameyilli yarımmüdafiəçisi Fermin Lopez "Barselona"nın sabiq hücumçusu Bojan Krkiçdən sonra bir matçda 4 qol vuran ən gənc futbolçu olub.
BAKU.WS xəbər verir ki, futbolçu La Liqanın 21-ci turunda "Valensiya" ilə matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
"Opta Sport"un məlumatına görə, Lopez 21 yaş 260 günlük olarkən dünənki matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Krkiç 2008-ci il martın 23-də La Liqanın 29-cu turunun "Valyadolid"ə qarşı oyununda (4:1) fərqlənib, burada da iki qol vurub və iki məhsuldar ötürmə edib. O həmin vaxt 17 yaş 208 günlük idi.
Xatırladaq ki, 21-ci turdan sonra "Barselona" İspaniya çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
"Real Madrid"in TƏZƏ baş məşqçisi ilk oyundan sonra istefaya göndərilə bilər
Kral Kubokunda "Albasete"yə məğlubiyyətdən sonra "Real Madrid" rəhbərliyi baş məşqçi Alvaro Arbeloanı istefaya göndərə bilər. BAKU.WS xarici mətbuata istinadən...