“Fənərbağça”nın skautları “Qarabağ”ın ulduzu üçün BAKIDA - FOTO

“Fənərbağça”nın skautları “Qarabağ”ın ulduzu üçün BAKIDA - FOTO
Foto
İdman 3

Türkiyənin “Fənərbağça” klubunun skautları “Qarabağ”ın futbolçusu Olavio Juninyonun oyununu izləmək üçün Bakıda olub.

BAKU.WS xəbər verir ki, bu barədə iddia Türkiyə mətbuatında yer alıb.

Qeyd olunub ki, onlar Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” - “Braqa” matçını izləyiblər.

Məlumata görə, Türkiyə klubunun 27 yaşlı braziliyalı forvard barədə araşdırmaları davam etdirəcək.

Qeyd edək ki, Juninyo 2023-cü ilin yayında “Qarabağ”a keçib.

Onun 20 matça 14 qolu 2 asisti var. Hazırda oyunçu Avropa klublarının da maraq dairəsindədir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər