"Fənərbağça" Livakoviçlə bağlı hərəkətə keçib

Fənərbağça Livakoviçlə bağlı hərəkətə keçib
İdman 3

"Fənərbağça" futbol klubunun qapıçısı Livakoviçin performansını artırmaq üçün hərəkətə keçdi.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Livakoviçinçıxışı tənqid olunmağa davam edir.

Qapıçısının performansını yaxşılaşdıracaq məşqçisi axtarışında olan "Fənərbağça"nın xorvatiyalı qolkiperin keçmiş məşqçisi Sandro Zufiçlə anlaşdığı iddia edilir.

Mətbuatda yer alan xəbərlərə görə, İstanbul təmsilçisinin yeni qapıçı məşqçisi Sandro Zufiçdir.

Daha əvvəl "Trabzonspor"da çalışmış Zufiç Dominik Livakoviç ilə 3 il Zaqreb "Dinamo"sunda çalışıb.

Xatırladaq ki, Superliqanın 25-ci həftəsində evdə "Alanyaspor"la 2:2 hesablı heç-heçə edən "Fənərbaxça" liderliyi "Qalatasaray"a əldən verib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər