“Fənərbağça” - “Başakşəhər” qarşılaşmasında qalmaqallı anlar - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə çempionatının ötən gün baş tutan “Fənərbağça” - “Başakşəhər” qarşılaşması qalmaqallı hadisələrlə yadda qalıb.
BAKU.WS xəbər verir ki, görüşdən meydan sahibləri 4:1 hesabı ilə qələbə ilə ayrılıb. "Fənərbağça"nın qollarını Nazim Sanqare (45), Marsel Tisserand (60), Luis Qustavo (84) və Mert Hakan Yandaş (89) vurub. Qonaqların heyətində isə Mahmud Tekdemir fərqlənib.
Oyunun ikincisi hissəsində "Başakşəhər"in heyətində Rafael və İrfan Kahveci qırmızı vərəqə alaraq meydançadan qovulub. Bununla yanaşı, baş məşqçi Okan Buruka da etirazlarına görə qırmızı vərəqə göstərilib.
Hakimin mübahisəli qərarları Türkiyə mətbuatında böyük müzakirələrə səbəb olub.
Oxşar xəbərlər
Azərbaycan çempionatı və kuboku bu qaydalarla keçiriləcək - RƏSMƏN TƏSDİQLƏNDİ
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan 2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib. BAKU.WS xəbər verir ki, dəyişikliklər Peşəkar Futbol Liq...