"Fənər"dən qovulan Tedeskoya yeni təklif gəldi
İstanbul derbisində "Qalatasaray"a 0:3 hesablı məğlubiyyətdən sonra "Fənərbağça"dan qovulan Domeniko Tedeskoya yeni təklif gəlib.
BAKU.WS xəbər verir ki, "Fənər"in azarkeşləri onun komandada qalmasını dəstəkləsə də, italiyalı məşqçi artıq ölkəsinin köklü klublarından birinin diqqət mərkəzinə düşüb.
İtaliya mətbuatının məlumatına görə, "Fiorentina" klubu Domeniko Tedeskonu gündəminə daxil edib. Bildirilir ki, Florensiya təmsilçisi yeni mövsüm üçün ciddi yenidənqurma planlaşdırır və bu səbəbdən onu komandanın başına gətirmək istəyir.
41 yaşlı mütəxəssis "Fənərbağça"da çalışdığı müddətdə Super Liqa, Türkiyə Kuboku, TFF Super Kuboku və UEFA Avropa Liqasında ümumilikdə 45 oyuna çıxıb. O, bu matçlarda 26 qələbə, 12 heç-heçə və 7 məğlubiyyətlə orta hesabla 2 xal toplama göstəricisinə nail olub.
Oxşar xəbərlər
"Hafka" ilə Qurban Qurbanov bir arada
Tanınmış iş adamı, "Bakı" FK-nın sabiq rəhbəri Hafiz Məmmədov (Hafka) və "Qarabağ"ın baş məşqçi Qurban Qurbanov idmançı Hacı Əliyevin doğum günündə bir araya gə...