"Eurosport" şərhçisini seksist ifadələrə görə Olimpiadadan uzaqlaşdırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Olimpiya yayımçısı "Eurosport" şərhçisi Bob Ballardı Parisdə (Fransa) Olimpiya Oyunlarında işləməkdən uzaqlaşdırıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb onun, avstraliyalı üzgüçülər haqqında nalayiq fikirlər səsləndirməsi olub.
Hadisə iyulun 27-si, şənbə günü Avstraliya qadın komandasının 4x100 m estafet yarışında Olimpiya çempionu olmasından sonra baş verib. Sosial mediada yayılan bir videoda Ballard belə deyib:
“Qadınlar yenicə bitirdilər. Qadınların necə olduğunu bilirsiniz... Oralarda işsiz-gücsüz gəzirlər, makiyaj edirlər”.
"Eurosport" Ballardın açıqlamasını seksist kimi qiymətləndirib və şərhçini Olimpiadada işləməkdən dərhal uzaqlaşdırıb.
Qeyd edək ki, 2024-cü il Olimpiya Oyunları avqustun 11-dək davam edəcək.
Oxşar xəbərlər
Nazir xarici ölkələri təmsil edən azərbaycanlı idmançılardan danışdı: Onlar... - MÜSAHİBƏ
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkədə fəaliyyət göstərən dörd böyük informasiya agentliyinə müsahibə verib. “Report” müsahibəni təqdim edir:...