Emmanuel Addai "Qarabağ"ı Kipr klubuna dəyişir
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ"ın yarımmüdafiəçisi Emmanuel Addai komandadan ayrılmağa yaxındır.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, 24 yaşlı qanalı futbolçu Kiprin "Omoniya" klubu ilə razılıq əldə edib.
Nikosiya təmsilçisi Addai üçün "köhlən atlar"a 1.3 milyon avro ödəməyə hazırdır. Müqavilənin 3 illik olması nəzərdə tutulur. Daha əvvəl Kiprin digər klubu - APOEL də futbolçuya maraq göstərmiş, "Qarabağ"a 1.2 milyon avro təklif etmişdi.
Qeyd edək ki, Addainin "Qarabağ"la müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. O, ötən mövsüm bütün turnirlərdə 39 oyuna çıxaraq dörd qol vurub və bir məhsuldar ötürmə edib.
Xatırladaq ki, "Omoniya" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibidir. İlk oyunda Kipr təmsilçisi Bakıda 4:0 hesabı ilə qalib gəlib. Bu gün Nikosiyada keçiriləcək cavab matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...