"El Klassiko"da zədələnən futbolçu 5 həftə oynaya bilməyəcək

"Barselona"nın mərkəz müdafiəçisi İniqo Martines İspaniya Superkubokunun finalında "Real"la oyunda (5:2) zədələnib. Bu barədə jurnalist Xavi Migel X sosial şəbəkəsində məlumat verib.
BAKU.WS xəbər verir ki, futbolçu qarşıdakı 5 həftə ərzində katalonların oyunlarında iştirak edə bilməyəcək.
Belə ki, Hans-Diter Flikin komandasının əsas müdafiəçisi Çempionlar Liqasının ümumi mərhələsinin qalan iki oyununda meydana çıxmayacaq.
Xatırladaq ki, İniqo Martines "Real"la oyunun 28-ci dəqiqəsində zədələnib və onu uruqvaylı Ronald Arauxo əvəzləyib.
İspaniyalı müdafiəçi bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 27 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, 33 yaşlı futbolçunun bazar dəyəri 5 milyon avrodur.
Oxşar xəbərlər
UEFA-dan Qurban Qurbanova xüsusi təbrik – "Qarabağ"ın zəfərinin memarı!
UEFA "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanovla bağlı xüsusi paylaşım edib. BAKU.WS xəbər verir ki, Avropa futbol qurumu Çempionlar Liqasının rəsm...
