Dünyanın ən çox qazanan futbolçuları bəlli olub - SİYAHI

Dünyanın ən çox qazanan futbolçularının adları müəyyənləşib.
BAKU.WS apasport.az saytına istinadən xəbər verir ki, Britaniya "Radio Times"ı ilk onluqda qərarlaşan oyunçuları araşdırıb.
Hesablama oyunçuların maaşına əsasən aparılıb. Cədvələ PSJ-nin iki futbolçusu başçılıq edir. Lionel Messi həftəlik 960 min funt sterlinq məvaciblə zirvədə qərarlaşır, onu komanda yoldaşı Neymar izləyir. İlk üçlüyü vaxtilə bu cütlüklə "Barselona"da çiyin-çiyinə çıxış edən Luis Suares qapayır.
1. Lionel Messi (PSJ) - 960 min funt sterlinq2. Neymar (PSJ) - 606 min3. Luis Suares ("Atletiko") - 575 min4. Qaret Beyl ("Real") - 500 min5. Kilian Mbappe (PSJ) - 410 min6. Kriştiano Ronaldo ("Mançester Yunayted") - 385 min7. Kevin De Bruyne ("Mançester Siti") - 385 min8. David De Xea ("Mançester Yunayted") - 375 min9. Antuan Qrizmann ("Atletiko": "Barselona"da icarədədir) - 356 min10. Robert Levandovski ("Bavariya") - 350 min
Oxşar xəbərlər
Dünyanın ən çox qazanan futbolçusu müəyyənləşdi
"Forbes" jurnalı 2020-ci ilin ən çox qazanan futbolçularının siyahısını açıqlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, reytinqə Argentina millisinin və...
