"Neftçi SOCAR" Kanadaya məğlub olaraq mübarizəni dayandırıb

Neftçi SOCAR Kanadaya məğlub olaraq mübarizəni dayandırıb
İdman 37

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsində mübarizəni dayandırıb.

BAKU.WS xəbər verir ki, Bakı klubu yarımfinalda Kanada millisi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 12:22 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komanda daha əvvəl 1/4 finalda Tailand millisini 19:12 hesabı ilə üstələmişdi.

***10:20

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsində yarımfinala yüksəlib.

BAKU.WS xəbər verir ki, Bakı klubu 1/4 finalda Tailand millisi ilə qarşılşaıb.

Azərbaycan təmsilçisi bu görüşdə 19:12 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Neftçi SOCAR" yarımfinalda Kanada seçməsi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 11:10-da başlayacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər