Dünya Kubokuna hazırlaşan hakim ABŞ-yə buraxılmadı

Dünya Kubokuna hazırlaşan hakim ABŞ-yə buraxılmadı
İdman 29

2026-cı il Dünya Kubokunda oyun idarə etməsi nəzərdə tutulan somalili hakim Omar Artan ABŞ-yə girişinə icazə verilmədiyi üçün hakimlər siyahısından çıxarılıb.

BAKU.WS xəbər verir ki, Afrika Futbol Konfederasiyası tərəfindən 2025-ci ilin ən yaxşı kişi hakimi seçilən Artan Mayami Beynəlxalq Hava Limanında ölkəyə buraxılmayıb. ABŞ rəsmiləri qərarın səbəbini açıqlamasa da, Somalinin Prezident Donald Tramp administrasiyasının tətbiq etdiyi səyahət məhdudiyyəti siyahısında olduğu bildirilir.

FIFA bəyan edib ki, ABŞ-yə girişin rədd edilməsi səbəbindən Omar Artan Dünya Kubokunda hazırlıq prosesində və oyunlarda iştirak edə bilməyəcək. Qurum vurğulayıb ki, viza və miqrasiya qərarları ev sahibi ölkənin səlahiyyətindədir.

Somali rəsmiləri isə hakimin etibarlı sənədlərlə, o cümlədən diplomatik pasportla səfər etdiyini bildirərək məsələ ilə bağlı FIFA-ya müraciət ediblər.

Qeyd edək ki, Omar Artan Kanada, Meksika və ABŞ-nin birgə ev sahibliyi edəcəyi 2026-cı il Dünya Kubokunda oyun idarə edəcəyi açıqlanan 52 hakimdən biri idi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər