Dünya çempionatında medal qazanan Azərbaycan atıcıları təltif olunublar
Perunun paytaxtı Limada keçirilən atıcılıq üzrə gənclər arasında dünya çempionatında uğurlu çıxış edən idmançılar təltif edilib.
Bu barədə BAKU.WS-ə Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Qurumun vitse-prezidentləri Zemfira Meftaxetdinova və Tofiq Bəylərov medal qazanan idmançıları, onların inkişafında və hazırlığında böyük rol oynayan şəxsi məşqçilərini xüsusi mükafatlarla təltif ediblər.
Əldə olunan nailiyyətlərin ölkənin atıcılıq idmanının inkişafına töhfə verdiyi vurğulanıb. Zemfira Meftaxetdinova və Tofiq Bəylərov atıcıları təbrik edərək, onların böyük iradə və əzmkarlıq nümayiş etdirdiklərini, gələcəkdə daha böyük uğurlara imza atacaqlarına inandıqlarını söyləyiblər.
Qalereya
Oxşar xəbərlər
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci oyununa çıxacaq
Misli Premyer Liqasının VI turu "Neftçi" üçün əlamətdar olacaq. BAKU.WS xəbər verir ki, "ağ-qaralar" "Qəbələ" ilə qarşılaşmada ölkə çempionatlarında 1000-ci oyu...