İdmançılarımız Rumıniyada 3 qızıl medal qazandı (FOTO)
Rumıniyanın paytaxtı Buxarest şəhərində Muay-Tay WTKA versiyası üzrə Avropa çempionatı keçirilib.
"Report" xəbər verir ki, çempionatda Azərbaycanı 5 idmançıdan ibarət komanda təmsil edib. Böyüklərin yarışında – Abdulrəhman Abdullayev (54 kq), Alid Məmmədzadə (67 kq) və Fərid Məmmədzadə (70 kq), gənclərin yarışında isə -Mirfaiq Qəniyev (51 kq) və Müslüm Salahov (60 kq) çıxış ediblər.
Gərgin mübarizədə 3 idmançımız kürsünün ən yüksək pilləsinə çıxaraq, Avropa çempionu adını qazanıb və ölkəmizə 3 qızıl medal gətirib. Bunlar Mirfayiq Qəniyev, Alid Məmmədzadə və Abdulrəhman Abdullayevdir.
Qeyd edək ki, komandanın baş məşqçisi və rəhbəri Şəhriyar İsayevdir.
BAKU.WS
Oxşar xəbərlər
Həmyerlimiz ikiqat dünya çempionu oldu
Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində Jiu-jitsu üzrə Dünya Çempionatı keçirilib. BAKU.WS xəbər verir ki, yarışda Azərbaycanı dünya çempionu Ceyhun Qul...