"Dinamo"nu Bakıda 200-dən artıq azarkeş dəstəkləyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Dinamo"nu (Zaqreb, Xorvatiya) Bakıda 200-dən artıq azarkeş dəstəkləyəcək.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Klub rəsmisi oyun gününə qədər bu rəqəmin artacağını istisna etməyib. Bundan başqa, Zaqreb təmsilçisi ölkəmizə jurnalist gətirməyəcək. Yalnız klubun mətbuat xidmətinin kollektivi "Dinamo"nun yanında olacaq.
Xorvatiyalı azarkeşlər üçün Tofiq Bəhramov adına Respublika stadionunda 28-ci sektor ayrılıb.
Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.
Oxşar xəbərlər
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 7
"Zirə" UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında Kiprdə "Omoniya" ilə qarşılaşıb. GSP stadionunda baş tutan matç meydan sahibləri böyükhesablı...