UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 7
"Zirə" UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında Kiprdə "Omoniya" ilə qarşılaşıb.
GSP stadionunda baş tutan matç meydan sahibləri böyükhesablı qələbəsi ilə yekunlaşıb - 6:0.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 29-da “Liv Bona Dea Arena”da təşkil olunacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.
***22:19
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" oyununda altıncı qol vurulub.
GSP stadionundakı görüşdə meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 6:0.
70-cı dəqiqədə Vili Semedo dubl müəllifi olub.
***22:15UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" oyununda beşinci qol vurulub.
GSP stadionundakı görüşdə meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 5:0.
60-cı dəqiqədə Evandro fərqlənib.
***22:14
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" oyununda dördüncü qol vurulub.
GSP stadionundakı görüşdə meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 4:0.
54-cü dəqiqədə Mariuş Stepinsk dubl müəllifi olub.
***21:48
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" matçında üçüncü qol vurulub.
GSP stadionundakı oyunda meydan sahibləri növbəti qolu vurublar - 3:0.
45+1-ci dəqiqədə Mariuş Stepinski fərqlənib.
***21:35
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" matçında ikinci qol vurulub.
GSP stadionundakı oyunda meydan sahibləri növbəti dəfə fərqlənib - 2:0.
34-cü dəqiqədə Vili Semedo penalti zərbəsini dəqiq yerinə yetirib.
***21:15
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" matçənda hesab açılıb.
GSP stadionundakı matçda meydan sahibləri hesabda önə çıxıb.
14-cü dəqiqədə Amin Xammas fərqlənib.
***21:00
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" matçı start götürüb.
Tərəflər arasında ilk qarşılaşma GSP stadionunda keçirilir.
Matçı estoniyalı baş hakim Yuri Frişer idarə edir.
Oxşar xəbərlər
Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB
"Zirə" UEFA Konfrans Liqasında növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab...