Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB

Konfrans Liqası: Zirə tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB
İdman 112

"Zirə" UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçında Bakıda Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gəlib.

“Liv Bona Dea Arena”dakı matçda qalib müəyyənləşməyib - 2:2.

Qonaqlarda 37-ci dəqiqədə 37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib. 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Qismət Alıyev tarazlığı bərpa edib. 81-ci dəqiqədə Anton Matkoviç xorvatların ikinci qoluna imza atıb. 90-cı dəqiqədə Davit Volkov adını tabloya yazdırıb.

Səfərdəki ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. 30 dəqiqədə qapılara qol vurulmadığından penaltilər seriyası olub. Burada daha dəqiq olan (2:1) "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib. Komanda bu raundda Kiprin "Omoniya" kollektivi ilə görüşəcək.

***22:23

Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda əsas vaxt başa çatıb.

"Report"un məlumatına görə, hazırda hesab bərabərdir - 2:2.

Səfərdəki ilk görüşdə də heç-heçə qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub.

Komandalar hər biri 15 dəqiqədən ibarət olan iki hissədə güclünü müəyyənləşdirməyə çalışacaq.

***22:18Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi növbəti dəfə hesabı bərabərləşdirib - 2:2.

90-cı dəqiqədə Davit Volkov tarazlığı bərpa edib.

***22:09

Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.

"Report"un məlumatına görə, qonaqlar yenidən hesabda önə keçiblər - 2:1

81-ci dəqiqədə Anton Matkoviç fərqlənib.

***21:42

Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi 54-cü dəqiqədə hesabı bərabərləşdirib - 1:1.

Qismət Alıyev penaltini dəqiq yerinə yetirib.

***21:09

Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, qonaqlar görüşdə hesabı açıblar.

37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib.

***20:30

Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu başlayıb.

"Report"un məlumatına görə, “Liv Bona Dea Arena”dakı matç saat 20:30-da start götürüb.

Görüşü avstriyalı Xulian Veynberqer idarə edir.

Qeyd edək ki, səfərdəki ilk qarşılaşmada heç-heçə qeydə alınıb - 1:1.

Son xəbərlər