Di Mariya ölümlə hədələndi
"Benfika"nın yarımmüdafiəçisi Anxel Di Maria ölümlə hədələnib.
BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Argentinalı futbolçu Rosarionun kənarındakı evində olarkən hədələnib. Evin ətrafına maşından təhdid mesajı olan paket atıblar.
Mesajda bildirilir ki, Di Mariya şəhərə qayıdarsa, hətta əyalət qubernatoru Maksimiliano Pullaro belə onların təhlükəsizliyinə zəmanət verə bilməyəcək.
Daha əvvəl Di Mariya karyerasını yetirməsi olduğu "Rosario Sentral"da bitirmək istədiyini açıqlamışdı.
Di Maria 2023-cü ildən "Benfika"da çıxış edir.Onun klubla müqaviləsi 2024-cü ilə qədərdir.
Xatırladaq ki, Di Maria əvvəllər "Yuventus", PSJ, "Mançester Yunayted" və "Real Madrid"də çıxış edib.
Oxşar xəbərlər
Premyer Liqa tarixinin ən yaxşı 33 oyunçusu: Tyeri Anri, Ronaldo, Salah...
"FourFourTwo" jurnalı İngiltərə Premyer Liqası tarixinin ən yaxşı 33 oyunçusu açıqlanıb BAKU.WS xəbər verir ki, sözügedən oyunçuların siyahısını təqdim edir: 33...