DÇ-2026-da ən bahalı yığma komanda hansıdır?
Yeniliklərdən dərhal xəbərdar olun
DÇ-2026-da mübarizə aparan ən bahalı yığma komandalar məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb. Bildirilib ki, dünya çempionatının hazırkı vitse-çempionlarının (Fransa) heyəti 1,47 milyard avro dəyərində qiymətləndirilir. Dəyərinə görə ikinci yerdə İngiltərə yığması dayanır. Komandanın dəyəri 1,32 milyard avroya bərabərdir. Üçüncü pillədə isə ispanlar qərarlaşıblar, onların heyətinin dəyəri 1,27 milyard avro təşkil edir.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyundan 19 iyuladək ABŞ, Kanada və Meksikada keçiriləcək. Fransa millisi turnirdə I qrupunda Seneqal, İraq və Norveç komandaları ilə birlikdə mübarizə aparacaq.
Oxşar xəbərlər
Beynəlxalq şahmat festivalının qalibi Murad İbrahimli: "Son tur xüsusilə çətin keçdi"
"Azərbaycan Şahmat Turu" çərçivəsində keçirilən "Shirvan Open 2026" beynəlxalq şahmat festivalının qalibi Murad İbrahimli üçün son tur çox çətin keçib. BAKU.WS...