DÇ-2026: ABŞ pley-offa vəsiqə qazanan ilk yığma olub
Futbol üzrə dünya çempionatında ABŞ Avstraliya millisinə qalib gəlib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Sietl stadionunda keçirilən D qrupunun II turunun matçında ev sahibləri 2:0 hesablı qələbəyə seviniblər.
Əvvəlcə avstraliyalıların heyətində Kameron Börces 11-ci dəqiqədə avtoqol müəllifi olub. 43-cü dəqiqədə isə Aleks Frimen yekun nəticəni müəyyənləşdirib.
Bununla da iki oyundan sonra maksimum nəticə göstərən amerikalılar mundialın pley-offuna vəsiqə qazanıblar.
Qeyd edək ki, bu qrupun digər oyununda saat 07:00-da Türkiyə Paraqvayla üz-üzə gələcək.
Futbol üzrə dünya çempionatının ABŞ - Avstraliya oyununda ikinci hissə başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Sietl stadionunda keçirilən D qrupunun II turunun matçında ev sahibləri hesabda öndədirlər - 2:0.
Qarşılaşmanı almaniyalı FIFA referisi Feliks Svayer idarə edir.
Futbol üzrə dünya çempionatının ABŞ - Avstraliya oyununda ilk hissə başa çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Sietl stadionunda keçirilən D qrupunun II turunun matçında ev sahibləri fasiləyə üstün yollanıblar - 2:0.
Komanda birinci hissənin başa çatmasına az qalmış ikinci qolu vurub.
43-cü dəqiqədə Aleks Frimen ABŞ seçməsini fasiləyə 2:0 öndə yollayıb.
Futbol üzrə dünya çempionatının ABŞ - Avstraliya oyununda ilk qol vurulub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Sietl stadionunda keçirilən D qrupunun II turunun matçında ev sahibləri hesabı açıblar - 1:0.
11-ci dəqiqədə avstraliyalıların heyətində Kameron Börces avtoqol müəllifi olub.
Futbol üzrə dünya çempionatının ABŞ - Avstraliya oyunu başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, D qrupunun II turunun matçı Sietl stadionunda keçirilir.
Qarşılaşmanı almaniyalı FIFA referisi Feliks Svayer idarə edir.
Oxşar xəbərlər
DÇ-2026: Türkiyə millisi növbəti mərhələ şansını erkən itirib
Futbol üzrə dünya çempionatında Türkiyə Paraqvay millisinə məğlub olub. BAKU.WS report-a istinadən xəbər verir ki, San-Fransisko Bay Arena stadionunda keçirilən...