DÇ-2018: Mundialın ən gözəl qolu müəyyənləşib - VİDEO

25
iyl
2018
21:42
DÇ-2018-in ən gözəl qolu müəyyənləşib.Apasport.az xəbər verir ki, bu barədə FİFA öz saytında səsvermə keçirib. Ümumilikdə 64 matçda qeydə alınan 169 qoldan 18-nin namizəd kimi göstərildiyi seçimlərdə azarkeşlər Benjamin Pavarın qolunu önə çıxarıblar.Belə ki, Fransa ilə Argentina arasındakı 1/8 final mərhələsi matçında birincilərin müdafiəçisinin hesabı 2:2 edən qolu bütün digər namizədlərdən daha çox səs toplayıb. Sözügedən oyun Fransa millisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşmışdı.Maraqlıdır ki, 2006-cı ildən təsis olunan “Mundialın ən gözəl qolu” nominasiyasında ilk dəfə avropalı oyunçu qalib adını qazanıb. Bu vaxta qədər Maksi Rodrigez (Argentina – 2006), Dieqo Forlan (Uruqvay – 2010) və Xames Rodrigezin (Kolumbiya – 2014) qolları ən yaxşı adına layiq görülmüşdü.BAKU.WS
Oxşar xəbərlər
FİFA Maradonaya getdiyi hər oyuna görə 10 min funt ödəyir
FİFA Argentina milli komandasının sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradonaya dünya çempionatında baş çəkdiyi hər oyun üçün 10 min funt sterlinq (11,3 min...
