DÇ-2018: açılış matçının hakimləri müəyyənləşib
12
iyn
2018
22:59
Rusiya və Səudiyyə Ərəbistanı yığmaları arasında keçiriləcək dünya çempionatının açılış oyununa hakim təyinatları açıqlanıb.İlk qarşılaşma argentinalı referi Nestor Pitanaya tapşırılıb.Ona həmyerliləri Xuan Pablo Bellati və Ernan Maydana yan xətt hakimləri kimi yardımçı olacaqlar. Ehtiyat hakim isə braziliyalı Sandro Riççi təyin edilib.Dünya çempionatında ilk dəfə hakimlərə videoyardım sistemi (VAR) çalışacaq. Videohakimlər briqadasına italiyalı Massimiliano İrrati, həmyerlisi Daniele Orsato, argentinalı Mauro Vilyano və Çilidən olan Karlos Astroza daxil edilib.İyunun 14-də Moskvadakı "Lujniki" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.BAKU.WS
Oxşar xəbərlər
BMX üzrə dünya çempionatının təsnifat yürüşləri təxirə salınıb
Küləkli hava şəraiti ilə əlaqədar BMX üzrə dünya çempionatında gənclər və Elit kateqoriyasının bu gün saat 20:40-da başlamalı olan təsnifat yürüşləri təxirə sal...