Daha bir dopinq QALMAQALI: Azər Məmmədlinin qanında qadağan olunmuş preparat aşkarlanıb

27
iyl
2018
15:23
Azərbaycan ağırlıqqaldıranı Azər Məmmədlinin (105) qanında qadağan olunmuş preparat aşkarlanıb. BAKU.WS Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan ağırlıqqaldıcısının analizində etiocholanolon (anabolik steroid) preparatı aşkar edilib. Nəticədə Azər Məmmədli bütün rəsmi yarışlarda iştirakdan məhrum edilib və bu məsələ ilə bağlı yekun qərar qəbul olunub. Maraqlıdır ki, federasiya idmançıda dopinqin aşkarlanması barədə bir müddət əvvəl məlumat alıb. Bu səbəbdən A.Məmmədli millinin məşq etdiyi zaldan çıxarılıb. Amma AAAF bu barədə məlumatı gizli saxlamağa çalışırdı. Xatırladaq ki, bundan öncəazərbaycanlı atletlər - Anastasiya İbrahimli, Hüseyn İsmayılov və İsa Rüstəmovun da dopinq testəri müsbət nəticə vermişdi.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan millisinin üzvü 1 illik bütün yarışlardan kənarlaşdırılıb
Azərbaycanın daha bir idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib. BAKU.WS Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istin...
