Cüdoçumuz Avropa çempionu oldu - FOTO
07
apr
2019
11:09
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyanın Liqnano şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı keçirilir. BAKU.WS Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, beynəlxalq yarışda 35 ölkənin idmançıları ilə yanaşı Azərbaycan cüdoçuları da mübarizə aparırlar. İlk gündə milli komandamız aktivinə bir medal yazdırıb. 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Əhməd Yusifov Böyük Britaniya, Rumıniya, Rusiya və İtaliya təmsilçilərinə qalib gələrək finala çıxıb. Həlledici qarşılaşmada italyan rəqibi Alessandro Aramunu məğlub edən Azərbaycan cüdoçusu Avropa kubokunda 1-ci yeri tutub. 604 cüdoçunun mübarizə apardığı beynəlxalq yarış aprelin 7-də başa çatacaq.BAKU.WS







Oxşar xəbərlər
Prezident cüdo üzrə dünya çempionatında final görüşünə baxıb
Bakıda cüdo üzrə dünya çempionatı davam edir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və...