Cüdoçumuz Avropa kubokunda qızıl medal qazandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Yunanıstanın paytaxtı Afinada gənc cüdoçular arasında keçirilən Avropa Kubokunda Azərbaycan milli komandası ilk medalını qazanıb.
BAKU.WS xəbər verir ki, 81 kq çəki dərəcəsində yer alan Məhərrəm İmamverdiyev qızıl medala yiyələnib. O, finalda ukraynalı Stanislav Korçemlyuku məğlub edib.
Bundan başqa Ruslan Nəsirov (100 kq), Kənan Nəsibov və Hüseyn Məmmədov (hər ikisi +100 kq) finala yüksəlib. Nəsibov və Məmmədov həlledici görüşdə bir-biri ilə üz-üzə gələcəklərindən, onlardan biri Azərbaycanın aktivinə növbəti qızıl medalı yazdıracaq. Vüqar Talıbov (90 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.
Oxşar xəbərlər
Azərbaycan “Böyük dəbilqə”də daha bir medal qazanıb
Azərbaycan cüdoçusu Uşangi Kokauri Bakıda keçirilən Böyük Dəbilqədə bürünc medal uğrunda görüşə çıxıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 100 kq-dan yu...