Çingiz Abdullayev: "Banişevskinin ruhundan utanırıq"
23
fev
2018
15:09
"İndi uğuruz nəticələr olanda azarkeşlər deyirlər ki, utanmırsınız? Bəli, uduzduğumuz üçün Banişevskinin ruhundan utanırıq”.BAKU.WS sportnet.az-a istinadən xəbər verir ki, bunu "Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Anatoli Banişevskinin II Fəxri Xiyabandakı məzarı üstündə çıxışı zamanı deyib. Xalq yazıçısı 72 yaşı tamamlanan əfsanəvi futbolçunu əsl azərbaycanlı kimi dəyərləndirib: "Rusiyada tərtib edilmiş bir siyahıda 10 ən yaxşı rus futbolçu arasında onun da adı var. Düzdür, Banişevski sovet futbolçusu olub. Amma o, bir azərbaycanlıdır. Azarkeşlər onun oyununu görmək üçün stadionlara axışırdılar. Banişevski digər ölkələrdəki futbolsevərlərin də rəğbətini qazanmışdı. Onunla qürur duymaq lazımdır".Abdullayev "Neftçi"nin yeni prezidenti Kamran Quliyevə uğurlar arzulayıb: "Artıq klubun yeni prezidenti var. Ona uğurlar arzulayıram. "Neftçi” xüsusi, xalq komandasıdır”.BAKU.WS
Oxşar xəbərlər
"Neftçi"nin yeni prezidenti açıqlanıb - RƏSMİ
Kamran Quliyev “Neftçi” futbol klubunun prezidenti vəzifəsinə təyin olunub. BAKU.WS-in məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. K.Quliyev bu...