"Çelsi" ilə "Kristal Pelas" arasında gərgin oyun bərabərliklə bitdi

Çelsi ilə Kristal Pelas arasında gərgin oyun bərabərliklə bitdi
İdman 13

İngiltərə Premyer Liqasının 3-cü turunda "Çelsi" "Kristal Pelas"la heç-heçə edib. "Stemford Bric"də keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, oyunda hesabı meydan sahibləri açıblar - 25-ci dəqiqədə Nikolas Cekson fərqlənib. Qonaqlar isə 53-cü dəqiqədə Ebereçi Ezenin qolu ilə bərabərlik əldə ediblər.

Qeyd edək ki, bu nəticədən sonra "Çelsi" 4 xalla Premyer Liqanın turnir cədvəlində 11-ci, "Kristal Pelas" isə 1 xalla 16-cı yerdə qərarlaşıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər