Bukmeker kontoru: “Qarabağ” qalib gələcək
Bu gün saat 20:00-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycanın futbol tarixində ilk dəfə Çempionlar liqasının pley-off mərhələsinin oyunu keçiriləcək. "Qarabağ” Danimarkanın "Kopenhagen” klubunu qəbul edəcək.
Virtualaz.org xəbər verir ki, "Marafon” bukmeker kontoru bu oyunda "Qarabağ”ın qələbə şansının daha çox olduğunu güman edir. Belə ki, ağdamlıların qələbəsinin əmsalı 2,29, danimarkalıların qələbəsinin əmsalı isə 3,56 kimi qiymətləndirilir. Heç-heçəyə ümid edənlər hər 1 manata 3,25 manat qazana bilər.
Bununla belə, ən aşağı əmsala malik yekun hesab proqnozu 1:1-dir (5,90). Bundan azca inandırıcı nəticə kimi "Qarabağ”ın 1:0-lıq qələbəsi göstərilir (6,60).
Bukmekerlərin fikrincə, axşamkı oyunda çox qol görməyəcəyik. 2 və daha az topun vurulmasının ehtimalı 1,65 əmsalı ilə dəyərlənridilir. "Üst”ə (2,5+) pul yatıranları 2,47 əmsalı gözləyir.
BAKU.WS
Oxşar xəbərlər
“Qarabağ” – “Kopenhagen” oyununa nə qədər bilet satıldı?
Çempionlar Liqasının "play-off” mərhələsində keçiriləcək "Qarabağ” – "Kopenhagen” (Danimarka) matçına artıq 28 minə qədər bilet satılıb. BAKU.WS xəbər verir ki...