"Qarabağ" “Slaven” və “Əl-Şəbəb”lə qarşılaşacaq

Qarabağ “Slaven” və “Əl-Şəbəb”lə qarşılaşacaq
İdman 48

Avstriyada təlim-məşq toplanışında olan Ağdam təmsilçisi "Qarabağ" sabah iki yoxlama görüşü keçirəcək.

BAKU.WS xəbər verir ki, Tirol bölgəsindəki hazırlıq prosesinin son oyun günü Xorvatiya “Slaven”i ilə matçla başlayacaq.

Belupo təmsilçisi ilə qarşılaşma “Sportplatz Volders”də baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Günün ikinci görüşünün start fiti 19:00-da veriləcək.

Komandamız BƏƏ-nin “Əl-Şəbəb” klubu ilə qarşılaşacaq.

Matç “Silberstadt Arena”da keçiriləcək.

Qeyd edək ki, komandamız Avstriyada keçirdiyi ilk iki matçda “Kayzerslautern” (1:3) və Plzen “Viktoriya”sı (2:1) ilə qarşılaşıb.

Son xəbərlər