Bu gün Misli Premyer Liqasında təxirə salınmış oyun keçiriləcək
Bu gün Misli Premyer Liqasının XIV turu çərçivəsində baş tutmayan qarşılaşma oynanılacaq.
BAKU.WS xəbər verir ki, "Qəbələ" doğma meydanda "Turan Tovuz"u qəbul edəcək.
Xatırladaq ki, ötən ilin 8 dekabr tarixində keçirilən "Qəbələ" – "Turan Tovuz" görüşü güclü duman səbəbindən 24-cü dəqiqədə dayandırılmışdı. Peşəkar Futbol Liqasının qərarına əsasən, həmin qarşılaşma yenidən və tam şəkildə təşkil olunacaq.
Hazırda turnir cədvəlinə nəzər saldıqda, Tovuz təmsilçisi 37 xalla üçüncü pillədə qərarlaşıb. "Qəbələ" isə 15 xalla onuncu sırada yer alır.
24 fevral
Saat 15:00
"Qəbələ" – "Turan Tovuz"
Qəbələ şəhər stadionu
Oxşar xəbərlər
UFC Bakı gecəsi milyonlarla izləyici topladı
Mütləq Döyüş Çempionatının (UFC) sahibi olan "TKO Group Holdings" şirkəti Bakıda keçirilmiş turnirin yekunlarını açıqlayıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti...